Bu həftə iki komitənin iclası keçiriləcək
12-09-2022, 17:34
7 002

Bu həftə iki komitənin iclası keçiriləcək

Bu həftədən etibarən parlamentin payız sessiyasının komitə iclaslarına start veriləcək.
Komitə iclasları sentyabrın 15-dən başlayacaq.
Həmin gün ilk olaraq Elm və təhsil komitəsinin iclası olacaq.  Toplantıda Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi, Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il  yaz və növbədənkənar sessiyaları ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş) müzakirəsi nəzərdə tutulub.
Həmin gün Aqrar siyasət komitəsinin iclası da olacaq. Orada 9 məsələ müzakirə ediləcək.
1.2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat.
2. Komitənin 2022-ci il payız sessiyası üçün iş planının layihəsi. 
3. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
4. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi.
5. “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
7. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
8. “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Oxşar xəbərlər