İki ay öncə ailə həyatı qurdu, dünən ŞƏHİD OLDU - FOTO
13-09-2022, 13:14
8 127

İki ay öncə ailə həyatı qurdu, dünən ŞƏHİD OLDU - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətdən artıq həqiqi hərbi qulluqçusu şəhid olub. 
 
Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatlar nəticəsində DSX-nın hərbi qulluqçusu Şəmistan Sadıqov şəhidlik zirvəsinə yüksəlib.
 
Şəhid Şəmistan Sadıqov Lerik rayonun Əvilə kəndində anadan olub. 
 
Qeyd edək ki, şəhid Ş.Sadıqov iki ay öncə ailə həyatı qurmuşdu.
 
Allah rəhmət eləsin! (Modern.az)

Oxşar xəbərlər