Masallı icra başçısının birinci müavini nöqsanlara görə işdən çıxarılıb
13-09-2022, 18:19
7 111

Masallı icra başçısının birinci müavini nöqsanlara görə işdən çıxarılıb

Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsindən azad edilib.
Bununla bağlı icra başçısı Araz Əhmədov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Hüseynov Məmmədhüseyn Rizvan oğlu vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlara görə icra başçısının birinci müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, M.Hüseynov 2020-ci ilin sentyabrın 3-dən bu vəzifədə çalışırdı.

Oxşar xəbərlər