XTQ-nin şəhid giziri və atası dəfn edilir - FOTO
14-09-2022, 10:16
1 546

XTQ-nin şəhid giziri və atası dəfn edilir - FOTO

Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Vadim Qocayev və övladının şəhid xəbərinə dözməyərək vəfat edən atası Alik Qocayev dəfn olunurlar.
Hər iki şəxs torpağa tapşırılmaq üçün Qobustan rayonunun Sündü kənd qəbiristanlığına aparılır.
Qeyd edək ki, ötən gün şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata, oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.
1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Vətən müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı və doğulmamış körpəsi var. 
 
  • XTQ-nin şəhid giziri və atası dəfn edilir - FOTO
  • XTQ-nin şəhid giziri və atası dəfn edilir - FOTO
  • XTQ-nin şəhid giziri və atası dəfn edilir - FOTO

Oxşar xəbərlər