Cəmiyyət
14-09-2022, 15:17
7 776
“Onlar doğrudanmı mazoxist olub?! Heç nə anlamıram”
bağ müharibəsindən sonra məğlubiyyətin acısına dözə bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi yenə də təxribatçı addımlarından əl çəkmək niyyətində deyil.
Belə ki, 10 noyabr 2020-ci il bəyanatından sonra 16 noyabr 2021-ci il döyüşlərinin həyata keçirilməsi, habelə cari ilin 3 avqustunda baş verən “Qisas” aniterror əməliyyatlarından sonra sonuncu – 12-13 sentyabr döyüşləri Ermənistan tərəfinin hərbi eskalasiyaya maraq duyduğunu yenə də gözlər önünə sərib.
Hətta bir sıra ekspertlər ermənilərin təxribat yönümlü hərəkətlərinin coğrafiyasının dəyişməsini də istisna etməyiblər.
Yenisabah.az-a danışan Milli Məclisinin deputatı Elman Nəsirov da eyni rəyi bölüşür.
Millət vəkili deyib ki, Ermənistanın sonuncu irimiqyaslı hərbi təxribatı, ilk növbədə, ona yönəlmişdi ki, sülh müqaviləsinin imzalanması prosesinin önünə keçsinlər:
“Eyni zamanda onlar istəyirdi ki, bu hərbi təxribat nəticəsində danışıqlar prosesində mövqe üstünlüyü qazansınlar. Bununla da onlar iki məsələni həll etmək istəyirdi: birincisi, yenidən status məsələsini gündəmə gətirsinlər, ikincisi isə statusu müəyyən etmək üçün ATƏT-in Minsk qrupuna ikinci nəfəs versinlər.
Yeri gəlmişkən, hesab edirəm ki, bu gün ATƏT-in Minsk qrupunun olmayan həmsdərlərinin üzvləri arasında barışıq əldə etmək üçün ATƏT-in Minsk qrupu kimi bir qrupa ehtiyac var. Yəqin ki, nəticə etibarilə, onları barışdıra bilməyəcəklər”.
E. Nəsirov deyib ki, hazırkı təxribatlar Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində idi:
“Yerin seçiminə fikir verin: bu, Qarabağ ərazisi deyil, Ermənistan-Azərbaycan şərti sərhədində baş verən hərbi təcavüz aktıdır. Onlar isə sərhədi ona görə seçiblər ki, Azərbaycan zərəbinin endirildiyi nöqtəni legitim sayacaq və zərbələr endirəcək. Belə olan təqdirdə onlar istəyirlər ki, KTMT-ni prosesə qoşsunlar. Çünki İkinci Qarabağ müharibəsində bu, alınmamışdır. Ona görə də Paşinyanın tələm-tələsik KTMT-nin iclasını çağırmaq təşəbbüsü ilə çıxış etməsi təsadüfi sayılmamalıdır. Yəni onlar istədilər ki, KTMT prosesə qoşulsun. Amma onların bu niyyəti də nəticə vermədi”.
Millət vəkili söyləyib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistana sarsıdıcı zərbə endirib:
“Bu gün Ermənistan rəhbərliyi ölü sayını minimuma endirmək istəsə də, erməni sosial şəbəkələrində hətta 300-dən də çox itkilərinin olması ilə bağlı məlumatlar yayılıb, strateji əhəmiyyətli obyektləri məhv edilib. İrəvan-Gorus yoluna nəzarəti həyata keçirmək üçün Azərbaycan mövqe üstünlüyünə malik olub ki, bu da çox strateji əhəmiyyətli məsələdir. Heç kim də təminat vermir ki, Ermənistan bununla da hərbi avantüralarına son qoyacaq”.
“Mənə elə gəlir ki, Paşinyan tələm-tələsik hansı ünvanlara telefon zəngi açırsa, bilin ki, oradan müəyyən dəstək ümidi bəsləyir. Hesab edirəm ki, məlum hərbi avantüranın baş verməsində ABŞ və Fransadakı erməni lobbi və diasporunun da müstəsna rolu olub. Çünki onlar üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması lazım deyil. Çünki normallaşarsa, onları birləşdirən Qarabağ məsələsi gündəmdən çıxır. Nə qədər ki, Qarabağ problemi var, deməli, erməni lobbisi və diasporunun fəaliyyət üfüqləri açılır. Onlar da bu kartı əldən vermək istəmirlər”, – deyə o, əlavə edib.
Həmsöhbətimiz vurğulayıb ki, heç kim təminat vermir ki, növbəti hərbi təxribat olarsa, bu, başqa istimqamətdə olmasın:
“Bu, Naxçıvan, Tovuz, Qazax və digər istiqamətlərdə də ola bilər və bunlar istisna edilmir. Amma onlar bir şeyi bilsinlər ki, heç kim və heç nə bizim qarşımızı ala bilməz. Ermənilər heç kimi bizə zəng etdirməsinlər, heç bir bəyanatı qəbul etməyimizin əhəmiyyəti yoxdur. Çünki bizim işimiz haqq işimizdir. Dəmir Yumruq da yerindədir”.
Milli Məclisin üzvü düşünür ki, Ermənistanın siyasi rəhbərliyi ağlını itirib:
“Allah-Təala bir adama cəza verəndə onun ağlını alır. Mənə elə gəlir ki, İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyət, kapitulyasiyaya imza atmaq, daha sonra “Qisas” əməliyyatındakı növbəti biabırçı məğlubiyyət, habelə Laçın və 2 kəndin Azərbaycana verilməsinə etiraz edə bilməməkdən sonra indi də üçüncü zərbəni aldılar. Bütün bunlardan sonra yenə də onlar Azərbaycana qarşı hərbi avantüra etmək istəyəcəklərsə, mən başa düşmürəm, onlar doğrudanmı mazoxist olublar?! Heç nə anlamıram”.
Politoloq Anar Əliyev isə deyib ki, növbəti təxribatların yalnız Kəlbəcər və Laçınla sərhəd olan ərazilərdə deyil, eləcə də digər sərhədyanı rayonlarda da törədilməsi prinsipidir:
“Artıq bir neçə gündür ki, Ermənistan-Azərbaycan sərhədində Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycana qarşı təxribat addımları müntəzəm xarakter almağa başlayıb. Bunun səbəbləri ilə bağlı geniş şəkildə açıqlamalar da verildi və xüsusilə də Ermənistanın bu təxribatlarda maraqlı olduğunu, yeni hərbi-siyasi şərait formalaşdıraraq, bu təxribatlar fonunda öz maraqlarını daha geniş şəkildə təmin etmək istəməklərinin onlar üçün bu gün əsas hədəf olduğunu bəyan etdik.
Amma, eyni zamanda Azərbaycan ordusu da qısa zaman ərzində Ermənistan ordusuna qarşı uğurlu əməliyyat keçirərək ciddi zərbələr vurdu və erməni ordusu çox böyük itkilərlə üzləşərək geri çəkilmək məcburiyyətində qaldı”.
Siyasi şərhçi hesab edir ki, Ermənistan tərəfi Azərbaycanın cavab reaksiyasından özü üçün ciddi bir dərs götürmüş oldu:
“Bu da növbəti günlərdə Ermənistan tərəfinin təxribatlarına ciddi şəkildə təsir edəcəkdir. Amma birmənalı şəkildə Ermənistanla Azərbaycan sərhədində təxribatlar bitdi fikrini ifadə etmək də çox çətindir. Çünki biz erməni mahiyyətini çox yaxşı bilirik. Onların hər xırda bir fürsətdən istifadə edərək öz maraqları üçün bütün dəyərləri və beynəlxalq hüquq prinsiplərinə ayaqlar altında atmağa hazır olan bir cəmiyyət olduqlarını çox gözəl bilirik.
Baş verən hadisələr də erməni kimliyini həm də dünya ictimaiyyəti üçün bir daha açıqlamış oldu”.
“Fikrimcə, bundan sonra da Ermənistanla Azərbaycan sərhədində böyük miqyaslı olmasa da, hər halda atəşkəsin pozulması formasında təxribatlar davam edəcəkdir və Azərbaycan ordusu buna hər zaman hazır olmalıdır. İstənilən təxribatın erməni ordusu üçün nə ilə nəticələnəcəyini biz onlara göstərməliyik. Bu, növbəti təxribatların ən azı miqyasının azalmasına gətirib çıxaracaqdır”, – o, deyib
Mütəxəssis izah edib ki, buradakı təhlükəli tendensiyalardan biri növbəti təxribatların yalnız Kəlbəcər və Laçınla sərhəd olan ərazilərdə deyil, eləcə də digər sərhədyanı rayonlarda da törədilməsi prinsipidir:
“Hesab edirəm ki, bu proses, ermənilər tərəfindən törədilən təxribatlar yalnız Azərbaycan əsas hissəsinin Ermənistanla sərhəd bölgəsində deyil, həm də Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd bölgəsində törədilə bilər. Bununla da beynəlxalq icitmaiyyətə bu təxribatların arxasında Ermənistanın deyil, Azərbaycanın dayandığını nümayiş etdirməyə çalışa bilərlər. Bu, onlar üçün bir informasiya müharibəsində növbəti alətə çevrilə bilər. Bu baxımdan, həm də Azərbaycan cəmiyyəti olaraq bu hücumlara hazır olmalıyıq və informasiya müharibəsində də əks-hücum strategiyasını hazırlayıb bu istiqamətdə mübarizəmizi davam etdirməliyik”.
Rafi MÜSLÜMOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.