Lənkəranda XTQ şəhidi dəfn olundu - FOTOLAR
14-09-2022, 17:06
7 475

Lənkəranda XTQ şəhidi dəfn olundu - FOTOLAR

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alınarkən şəhid olan Lənkəran rayon Nərimanabad qəsəbəsinin sakini Əhədzadə Xəyal Əlövsət oğlu sentyabrın 14-də doğulduğu qəsəbə qəbiristanlığında dəfn edilib.

Şəhidlə vida mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov , icra aparatının kollektivi , hüquq mühafizə  orqanlarının şəxsi heyəti, habelə kütləvi şəkildə rayon ictimaiyyəti iştirak edib.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov şəhidimizin tabutuna bükülən Azərbaycanın üç rəngli dövlət bayrağını şəhidin atası Əlövsət Əhədova təqdim edib və baş sağlığı verib. "Şəhidlər ölməz, Vətən bölünməz", "Ən böyük əsgər, bizim əsgər" və " Hər şey vətən üçün" şüarları ilə qəlblərimizə əbədi həkk olan şəhidimiz Xüsusi Təyinatı Qüvvələrin giziri kimi Vətən müharibəsində iştirak edib. Göstərdiyi şücaətə və qəhrəmanlıqlara görə dövlətimizin başçısının müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Fizulinin azad olunmasına”, “Cəbrayılın azad olunmasına”, “Kəlbəcərin azad olunmasına” və “Şuşanın azad olunmasına” görə medalları ilə təltif edilib. Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olan şəhidimiz məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olub. Allah rəhmət eləsin. Şəhidlərimizin qanı yerdə qalmadı.

 
  • Lənkəranda XTQ şəhidi dəfn olundu - FOTOLAR
  • Lənkəranda XTQ şəhidi dəfn olundu - FOTOLAR
  • Lənkəranda XTQ şəhidi dəfn olundu - FOTOLAR
  • Lənkəranda XTQ şəhidi dəfn olundu - FOTOLAR
  • Lənkəranda XTQ şəhidi dəfn olundu - FOTOLAR
  • Lənkəranda XTQ şəhidi dəfn olundu - FOTOLAR

Oxşar xəbərlər