Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib - DSX
15-09-2022, 10:56
1 843

Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib - DSX

Sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, şəxsi heyət və hərbi texnika baxımından çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Oxşar xəbərlər