Sabah bəzi yerlərdə yağış yağacaq
15-09-2022, 12:11
1 872

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-27° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Oxşar xəbərlər