İlham Əliyev bu tarixdə Putinlə GÖRÜŞƏCƏK
15-09-2022, 12:34
1 929

İlham Əliyev bu tarixdə Putinlə GÖRÜŞƏCƏK

Kreml KTMT qrupunun bu həftə Ermənistan-Azərbaycan sərhədinə gələcəyinə ümid etdiyini bildirib, bu mövzu Rusiya və Azərbaycan prezidentlərinin görüşündə müzakirə olunacaq.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 
Onun sözlərinə görə,  Rusiya Federasiyasının rəhbəri Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasılnda  sabah görüş baş tutacaq. 
“Bu həftə ümid edirik ki, KTMT-nin baş katibi Stanislav Zassın rəhbərlik etdiyi təftiş qrupu onsuz da sərhədə gedəcək və o, KTMT dövlət başçıları üçün hesabat hazırlayacaq. Sabah isə prezidentlə  ( Vladimir Putin - red.) İlham Əliyev arasında görüş olacaq, burada da təbii ki, gündəmin əsas mövzularımüzakirə olunacaq" - deyə o, jurnalistlərə bildirib.

Oxşar xəbərlər