Oktyabrın 9-u toyu olacaqdı, şəhid xəbəri gəldi
15-09-2022, 14:35
7 367

Oktyabrın 9-u toyu olacaqdı, şəhid xəbəri gəldi

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi şəhidlərin yeni siyahısını açıqlayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, şəhid olanlardan Turan Məhərrəmov Zaqatala rayonundandır. Rayon ictimaiyyəti hazırda onun cənazəsini gözləyir.
2001-ci il təvəllüdlü Məhərrəmov Turan Tərlan oğlu rayonun Qımır kəndində doğulub. Düşmənin xain gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksələn T. Məhərrəmov nişanlı imiş. Oktyabrın 9-da onun toyu olacaqmış.
Allah rəhmət eləsin! 

Oxşar xəbərlər