Azərbaycan gələn il Qarabağa 3 milyard manat xərc qoyacaq
15-09-2022, 18:30
7 096

Azərbaycan gələn il Qarabağa 3 milyard manat xərc qoyacaq

2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması nəzərdə tutulur.
Maliyyə Nazirliyi xəbər verir ki, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4% çoxdur.
Bu xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9%, ÜDM-də xüsusi çəkisi isə 2,8% təşkil edəcək.

Oxşar xəbərlər