Salyanda 19 yaşlı şəhid dəfn edildi
16-09-2022, 15:07
7 755

Salyanda 19 yaşlı şəhid dəfn edildi

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 19 yaşlı əsgər İsayev Sadiq Rəşad oğlu dəfn edilib.
Şəhidlə doğulduğu Salyan rayonunun Arbatan kəndində vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdən sonra şəhid Arbatan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Oxşar xəbərlər