Erməni təxribatı zamanı şəhid olan hərbçilərin beşi futbolçu imiş
17-09-2022, 10:05
1 440

Erməni təxribatı zamanı şəhid olan hərbçilərin beşi futbolçu imiş

Ermənistan Silahlı Qüvvələrinin sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan 5 hərbçi futbolçu imiş.
Qədim Xəlilov, Elvin Abdullayev, İbrahim Həsənov, Nicat Qarazadə və Elmir Hüseynov müxtəlif vaxtlarda AFFA-nın təşkil etdiyi liqaların və turnirlərin iştirakçısı olub.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Oxşar xəbərlər