Turan İbrahimov 5 il sonra televiziyaya qayıtdı - Bu verilişi aparacaq
17-09-2022, 18:10
18 663

Turan İbrahimov 5 il sonra televiziyaya qayıtdı - Bu verilişi aparacaq

Aparıcı Turan İbrahimov yenidən efirlərə qayıdır. 
 
O, "Space" kanalında yayımlanan "Space səhər" verilişinin aparıcısı olacaq.
 
Turan bu haqda şəxsi feysbuk səhifəsində bildirib:
 
"Beş il əvvəl qoyub getdiyim xəbər formatı ilə "Space səhər"ə qayıdıram. Ənənəvi televiziyanın qürub dövründə efirdə olmaq qərarım həm də özüm üçün eksperiment xarakterlidir. Yaşı 55-dən yuxarı olan bütün azərbaycanlıları görüşə çağırıram. Onsuz da hazırda televiziya tamaşaçıları əsasən onlardır. Həftə içi 5 gün, səhər saat 8-dən 10:15-ə qədər "Space TV"-də görüşürük!"

Oxşar xəbərlər