"Ağacların bəhəri sizinlə gedib" - Erməni azərbaycanlılara səsləndi (VİDEO)
19-09-2022, 12:21
2 281

"Ağacların bəhəri sizinlə gedib" - Erməni azərbaycanlılara səsləndi (VİDEO)

Zəngəzurun Qafan şəhərinin Çaykənd kəndində yaşayan erməni azərbaycanlılara müraciət edib. 
Bu barədə sosial şəbəkənin erməni seqmentində məlumat yayılıb.  
Bildirilib ki, kəndin adı əvvəllər Mahmudlu olub. Videoda hazırda orada yaşayan erməni SSRİ-də kənd sovetinin sədri olmuş Səməd Qarayevin də adı çəkilir. 
Erməni azərbaycanca ünvanladığı mesajda bildirib ki, ağacların bəhəri azərbaycanlılarla gedib. 
Qeyd edək ki, kəndin adı 90-cı illərdə dəyişərək Getişen edilib. 

Oxşar xəbərlər