Cəmiyyət
19-09-2022, 13:24
8 091
“Haram aylarda toy etmək olar” - İlahiyyatçı
“Ayların hamısı Allahın ayıdır. Heç bir aya ağır ay demək olmaz. Bu aylarda da toy mərasimi etmək istəyən varsa, edə bilər. Konkret olaraq Səfər ayı ilə bağlı “şadlıq mərasimləri keçitmək olmaz” demək və ya keçirməmək dinimizə uyğun deyil".
Bu sözləri ilahiyyatçı Müşviq Əskərov deyib. Onun sözlərinə görə, bu aylar haram aylar olsa da, şadlıq mərasimlərinin keçirilməsiylə bağlı heç bir sıxıntı yoxdur:
“Məhərrəm ayına təkcə, şəhadətlə bağlı deyil, həm də haram ay olduğu üçün hörmət edirik.
Həmçinin, bu ayda İslam təqvimi dəyişir.
Cahiliyyət dönməmində insanların bir-birlərini incitməsi, müharibə elan etməsi qadağan olunduğuna görə, bunlara haram aylar deyirdilər. Biz Kərbəla hadisəsində olan şəhidlərimizi hörmətlə yad edirik. Onlardan örnək alacaq bir düşüncəylə yaşamaq lazımdır. Amma şadlıq mərasimlərinin keçirilməməsini qayda kimi qəbul etmək düzgün deyil.
Səfər ayında “toy eləmək olmaz” düşüncəsi də dinimizə tərs düşən bir yanaşmadır. Amma toylarda içki içmək olmaz. Çünki içki haramdır. İslam gələndən sonra da haram aylara münasibət davam elədi. Çünki bu aylarda da insanların bir-birinə müharibə elan etməsi, savaşda olmaları, bir-birlərini incitmələri haramdır. İslam yayıldıqdan sonra bu haram aylar davam elədi”.