Cəmiyyət
19-09-2022, 14:14
7 952
"Ermənilərin xaricdəki siyasi motivli mütəşəkkil cinayətkarlığı beynəlxalq terrorizmin bir növüdür" - RƏY
"Ayrı-ayrı ölkələrdə yaşayan ermənilər siyasi motivli davranış ortaya qoyub mütəşəkkil cinayətkarlığa əl atırlar. Siyasi motivli mütəşəkkil cinayətkarlıq isə beynəlxalq terrorizmin bir növüdür".
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti ABŞ, Böyük Britaniya və Fransadakı səfirliklərimizin təhlükəsizliyinin qorunması məsələlərində həmin ölkələrin nümayiş etdirdiyi davranışları təkrarlayarsa, o zaman bu ölkələr qeyd olunan davranışın nə demək olduğunu dərk edər və hansı fəsadlara gətirib çıxardığını görərlər.
Sentyabr ayının 11-də ABŞ-ın və eləcə də sivil dünyanın Nyu-Yorkdakı terror hadisələrinin 21-ci ildönümünü qeyd etdiyini xatırladan deputat deyib ki, müasir dünyamıza bir nömrəli təhlükə beynəlxalq terrorizm olaraq qalır:
"Beynəlxalq terrorizmə qalib gəlmək və assimetrik təhdid mənbəyini məhv etmək üçün bütün sivil dünya birləşməlidir. Burada əsas prinsip isə "terrorçunu yaxşıya və pisə ayırmadan", eyni zamanda "terrorçu ilə hər yerdə və hər zaman mübarizə" olmalıdır. Yəni, "Əl-Qaidə, İŞİD pisdir deyib, ASALA, Daşnaksutyun yaxşıdır" məntiqi ilə beynəlxalq terrorizmə qalib gəlmək mümkün deyil. Bunu beynəlxalq terrorizm üzrə mütəxəssislər də hər zaman qeyd edirlər. Baş verən son hadisələr fonunda problemə diqqət yetirsək, görərik ki, son günlər ABŞ-da, Böyük Britaniyada və Fransada Azərbaycan səfirliyinə qarşı faktiki olaraq terror davranışı nümayiş olunub. Bu terrorizm aktının digər bütün cinayət növlərindən əsas fərqi ondan ibarətdir ki, o siyasi motivlidir və bu hadisələr Ermənistanın 12-14 sentyabr tarixində Azərbaycana qarşı irimiqyaslı son hərbi təxribatının ardınca baş verib".

Deputat vurğulayıb ki, Ermənistanın bu hərbi təxribatına görə, Azərbaycan Silahlı Qüvvələri yenə də onların başını əzib, bel sütununu sındırıb və onlar çox böyük itkilər verərək qaçmağa məcbur olublar:
"Bütün bu reallıqlar fonunda biz görürük ki, ayrı-ayrı ölkədə yaşayan ermənilər siyasi motivli davranış ortaya qoyub mütəşəkkil cinayətkarlığa əl atırlar. Siyasi motivli mütəşəkkil cinayətkarlıq isə beynəlxalq terrorizmin bir növüdür. Bu gün faktiki olaraq həm ABŞ, həm Böyük Britaniya, həm də Fransada yerləşən Azərbaycan səfirliklərinə, onların əməkdaşlarına, əmlakına qarşı sözügedən ölkələrdə yaşayan ermənilərin terrorçu davranışlarına şahidlik edirik. Çünki həmin ölkələrin xüsusi mühafizə, təhlükəsizlik orqanları öz vəzifələrini yerinə yetirməyib, davranışları ilə beynəlxalq terrorizmə haqq qazandırıblar. Bu cür selektiv yanaşma ilə beynəlxalq terrorçuluğa qalib gəlmək olar?! Hesab edirəm ki, sadaladığım ölkələrin xüsusi xidmət orqanları 1961-ci il Diplomatik Fəaliyyət Haqqında Vyana Konvensiyasının bütün prinsiplərinin ziddinə davranış ortaya qoyublar ki, bu da beynəlxalq hüququn tapdanması, ona saymazyana münasibətdir. Sözügedən üç ölkədəki davranış domino effekti yarada bilər. Yəni digər ölkələrdə də Azərbaycan səfirliyinə qarşı oxşar addımlar atıla bilər ki, bu da qəbuledilməzdir".
"Son hadisələr haqlı olaraq Azərbaycan ictimaiyyətində çox ciddi narahatlıq doğurub və hiddətə səbəb olub. İnsanlarla söhbət edəndə, sosial şəbəkələrdə onların mövqeyini diqqətlə izləyəndə bir daha əmin oluruq ki, artıq cəmiyyətimiz bu məsələlərlə bağlı Azərbaycanın da hüquqi müstəvidə müvafiq addımlar atmasını tələb edir. Təbii ki, aidiyyəti qurumlarımız, xüsusilə Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar bəyanat verib və öz narahatlığını həmin ölkələrin rəhbərliyinə çatdırıb", - deputat E.Nəsirov əlavə edib.