Vətən müharibəsi qazisinə HÖKM OXUNDU
20-09-2022, 13:09
1 989

Vətən müharibəsi qazisinə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümdə təqsirləndirilən Vətən müharibəsi qazisinin işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Y.Quliyev 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, 1999-cu il təvəllüdlü Yəhya Quliyev 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu döyməkdə təqsirləndirilir.
Hadisə nəticəsində Eynulla İbadov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən müharibəsində yaralanaraq qazi olub. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə iş açılıb, hadisəni törədən şəxs saxlanılıb. //Trend

Oxşar xəbərlər