Mirsalamdan ATV-yə ittihamlar: ““O qədər qadağa qoyuldu ki...“
20-09-2022, 14:28
7 819

Mirsalamdan ATV-yə ittihamlar: ““O qədər qadağa qoyuldu ki...“

"ATV kanalında işləyirdim. Bir veriliş etməyi həvalə etdilər. Etdik! Proqramın adı "Bir balaca oyundur". Verilişin qabağına bir uşaq xoru təşkil etdik. Onlara uşaq dilindən böyüklərə olan sözləri deməyə icazə verdik. Biz icazə verdik, ancaq bu xor böyüklərin lazımsız ədavətinə çevrildi və qadağa qoyuldu".
Yenisabah.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında ATV-nin keçmiş Anons və Dizayn qrupunun rəhbəri Mirsalam Mirsalamov qeyd edib. 
O, sözügedən proqramla bağlı yaşanan qalmaqalı açıqlayıb:
"O qədər qadağa qoyuldu ki, heç xərcini də ödəmədilər. Ödənilməyən "De görüm neyləmişəm" və Azərbaycan Himni noldu. Mən ödədim, xoşbəxtəm buna görə! Ədavətiniz uşaq xoru yaşındadır, ayıb olsun! Sabaha bu postu skrin edib ATV rəhbərliyinə göndərəcəklər, mən isə bu dəqiqə bunu özüm edəcəm. Bu postla peşəkarların xətrinə dəyib onları işsiz qoyan adamlara, bütün insanlara etirazımı bildirirəm".
Qeyd edək ki, "Bir balaca oyun" verilişinin aparıcı aktrisa Kəmalə Piriyeva idi.

Oxşar xəbərlər