Cəmiyyət
20-09-2022, 16:51
7 315
“Azərbaycana qarşı təxribat yeni toqquşmaları labüd edir” - Deputat
Sentyabrın 19-da Nyu York şəhərində ABŞ dövlət katibi Entoni Blinkenin sədrliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilib. Görüşün nəticələrinə ümid etmək olarmı?
ABŞ-ın səyləri ilə erməni təxribatına tamamilə son qoyula və sülh sazişi imzalana bilərmi?
Milli Məclisin deputatı Elman Nəsirov mövzuya münasibət bildirib.
O, açıqlamasında deyib ki, görüşün təşkili müsbət hadisədir:
“Bu ABŞ-ın Ermənistanın genişmiqyaslı təxribatlarından narahat olmasının göstəricisidir. ABŞ dövlət katibi Blinkenin məsələ ilə yaxından məşğul olması təqdirəlayiq haldır. Blinkendən fərqli olaraq ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi ermənipərəst mövqe nümayiş etdirir.
Görüşdə mövcud vəziyyət müzakirə olunub. Atəşkəsin qorunub saxlanması üçün bir sıra addımla atılıb. Lakin bilmək lazımdır ki, qərəzsiz mövqe ilə sülhə və atəşkəsə nail olmaq mümkündür. Azərbaycan sanksiyalarla hədələnəcəksə, təzyiqlər görəcəksə bu fəaliyyət regionda sülhün təmin olunmasına xidmət etməyəcək. Ermənistanı başa salmalıdırlar ki, Azərbaycana qarşı təxribat yeni toqquşmaları labüd edir. Ermənistan bilməlidir ki, yaratdığı təxribatlar və gərginlik hər zaman məğlubiyyətlə nəticələnəcək.
Görüşlər görüş naminə olmamalıdır. ABŞ Azərbaycanla olan münasibətlərini qoruyub saxlamalıdır. Elə siyasət aparmalıdır ki, Azərbaycan yürütdüyü siyasətdə kəskin dəyişikliklər etməsin. ABŞ sülh naminə qətiyyətli addımlar atarsa və Ermənistana konfliktin özlərinə zərər verəcəyini başa salarsa, regionda sülh təmin oluna bilər”.