Cavanşir Quliyev 19 ildən sonra birdəfəlik Azərbaycana qayıtdı
22-09-2022, 16:24
7 563

Cavanşir Quliyev 19 ildən sonra birdəfəlik Azərbaycana qayıtdı

Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçüb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı feysbukda bildirib.
“Cavanşir Quliyev 19 ildən sonra birdəfəlik Azərbaycana qayıtdı”, - o yazıb.
C. Quliyev məlumatı saytımıza təsdiqləyib. 
Qeyd edək ki, C. Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir.

Oxşar xəbərlər