Cəmiyyət
23-09-2022, 13:33
8 053
"Millət necə yaşayırsa, onun vəkili də ona adekvat və oxşar yaşamalıdır"
Elman Nəsirov: "Bir qayda olaraq mən sadə həyat tərzinə üstünlük verirəm"
"Əgər Çörçill sağ olsaydı, onunla polemikaya girərdim"
"OLAYLAR"-ın ənənəvi "Deputat vaxtı" rubrikasının bu dəfəki qonağı Milli Məclisin deputatı, . Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur.
.jpg)
-Elman müəllim, Sizinlə müsahibə üçün məkan seçəndə düşünmədən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını münasib bildiniz. Halbuki Milli Məclis, yaxud bir başqa məkanda da görüşmək mümkün olardı. Müsahibə üçün məkanın məhz bura seçilməsi onu deməyə əsas verirmi ki, təhsil ocağı sizin üçün daha doğmadır?
-Milli Məclis ölkənin qanunverici orqanıdır və oranın öz ab-havası var. Hakimiyyətin bir qanadı kimi orada çox cidd bir rəsmilik mövcuddur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası isə mənim üçün elmi mühitdir və ona görə də müsahibə üçün buranı seçdim. Mən millət deputatlığa da peşəkar elmdən gəlmişəm. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoruyam. Eyni zamanda siyasi elmlər doktoru və professoram. Bir sözlə elmi müsahibə, elmi polemika, sırf elmlə bağlı məsələlər üçün bura daha münasib yerdir. Həm də sizin rubrikanızın qeyri-rəsmi olmasını nəzərə alaraq rəsmilikdən kənar, kitabların arasında söhbət etməyimizi məqbul bildim.
-Tələbələrlə sırf müəllim-tələbə münasibətindəsiniz, yoxsa onlarla bir yerdə oturub çay içmək, müəyyən məsələləri müzakirə etmək qədər yaxın dost münasibətləriniz var?
-Məlumat üçün qeyd edim ki, mən Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoruyam və hazırda işlərimin çoxluğu ilə bağlı aktiv dərs keçmirəm. Ancaq mənim çoxsaylı doktorantlarım var. Hərdən onlarla görüşür, müəyyən məsələləri müzakirə edir, dissertasiya işi, planlarının tərtibində onlara dəstək verirəm. Ümumiyyətlə isə, mən hər zaman çalışmışam ki, tələbələrimlə dost münasibətlərim olsun. Bəzən mühazirə zamanı bir tələbənin digəri ilə danışdığını görürəm və sakitcə onun yanından keçərkən heç kim hiss etmədən əyilib təbəssümlə qulağına deyirəm ki, "dostum, xəbərin var, mənə mane olursan". O da dərhal əlini ürəyinin üstünə qoyaraq deyir ki, bağışlayın. Bununla da məsələ həllini tapır. Bir daha qeyd edim ki, tələbələrimlə dostluq, qarşılıqlı hörmət münasibətlərindəyəm.
.jpg)
-Bəs həyatda necə, dostlarınız varmı?
-Dostluqdan söz saldınız, yadıma tarixi bir hadisə düşdü. Böyük Britaniyanın məşhur yazıçısı, drammaturqu Bernard Şou baş nazir Vinston Çörçillə yaxın dost olub. Günün birində Bernard Şou Çörçilə əsərinin premyerasında iştirak etmək üçün dəvətnamə göndərir və orada belə bir cümlə yer alır. Bir dəvətnaməni də dostunuza verərsiniz. Onu da dəvət edirəm. Əgər varsa. Çörçil dostunun sətiraltı ifadələrlə ona söz atdığını bilərək qarşılığında yazır ki, işlərimin çoxluğundan təəsüf ki, sənin premyeranda iştirak edə bilməyəcəm. İkinci tamaşana gələrəm, əgər olsa.
Hesab edirəm ki, insanın tanışları çox ola bilər. Ancaq hər kəsə dost demək olmaz. Ümumiyyətlə, dostun sayı çox olmur, dostlar kəmiyyət deyil, keyfiyyətlə ölçülür. Dost o şəxsdir ki, həyatın sınaqlarından çıxa bilir. Bəzən dost dediyin insan sənin uğurlarına qısqanır. Təəssüf ki, belə dostlar da olur. Günün birində bir nəfər Allaha dua edir ki, həyatımdan mənim düşmənlərimi sil, yalnız dostlarımı saxla. Bir müddət sonra görür ki, dostları kifayət qədər azalıb, barmaqla sayıla biləcək qədər dost qalıb. Yenidən Allaha dua etmək istəyəndə anidən düşünür və aydın olur ki, əslində dost dediyi insanlar elə onun düşmənləri olub. Allah da onun duasını eşidərək dost dedidyi, əslində isə düşmən olan insanları ondan uzaqlaşdırıb. Suala ümumiləşdirərək cavab verərdim ki, dostların sayı çox olmur. Bunu həm çətin günlərimdə, həm də xoş günlərimdə hiss etmişəm. Elə dostlar var ki, onlara tam güvənirəm, elələri də var ki, onlarla sadəcə işgüzar münasibətlərimiz var. Yəni, hər kəsə dost demək olmaz.
-Otağınızın hər yerində, hər küncündə demək olar ki, kitab var. Bu qədər gərgin iş, seçicilərlə görüş, Milli Məclisin iclasları və s. qarşılığında kitab oxumağa zaman tapırsınızmı?
-Əslində mütaliə ilə mən istirahət etmiş oluram. Adətən yorulanda daha çox poeziya nümunələrini oxuyuram və ondan zövq alıram. Yaxşı poeziya, şeriyat mənə mənəvi rahatlıq gətirir. Eyni zamanda zamanım olduqca siyasi mövzuda mütaliələr edirəm. Çünki bu mənim sahəmdir. Bədii ədəbiyyata da vaxt olduqca nəzər yetirirəm. Bir növ bunlar mənim hobbimdir. Pandemiya səbəbindən bizim səfərlər az olsa da, lakin ondan əvvəl baş tutan səfərlər zamanı təyyarədə uçuş müddətində hər zaman kitab oxuyardım. Axşam oteldə qaldığımız zaman da yenə kitab oxuyardım.
-Daha çox hansı şairin şerləri sizi özünə cəlb edir?
-Mən Əli Kərim poeziyasını çox sevmişəm. Bildiyiniz kimi o Göyçayda anadan olub. Təəssüf ki, çox erkən dünyasını dəyişdi. Əli Kərim çox istedadlı insan olub. Bəlkə də burada bir təsadüf, yaxud mistika var. İş elə gətirdi ki, ilk dəfə Milli Məclisə deputat da məhz Göyçaydan seçildim və ilk addımlardan biri o oldu ki, gedib Əli Kərimin qəbrini ziyarət etdim. Ümumiyyətlə, mən o poeziya nümunələrini xoşlayıram ki, orada fəlsəfi, düşündürücü olsun. Qafiyə xatirinə olan poeziya poeziya deyil. Təəssüflər olsun ki, bu gün poeziya məkanında onu gözdən, nüfuzdan salan, şerə, poeziyaya qəti dəxli olmayan adamlar da peyda olurlar və bunu bir əyləncə, zarafata çeviriblər. Ancaq böyük poeziya elə böyüklüyünü qoruyub saxlayır. Cılızlar isə ötəri, keçicidir. Onları sonralar heç kim şair kimi xatırlamır.
-Siz bir neçə kitab müəllifi olsanız da, lakin son illərdə yeni kitablarınızın nəşrini müşayət etmirik. Bu vaxt azlığı ilə bağlıdır?
-Məlumat üçün qeyd edim ki, mən "Azərbaycan-ABŞ münasibətləri", "Azərbaycan nefti və beynəlxalq müqavilələr", "ABŞ və dünya 11 sentyabrdan sonra" "Amerika Birləşmiş Ştatlarının antiterror doktrinası və onun tətbiqi mexanizmləri", "ABŞ və beynəlxalq terrorizm problem" kitablarının müəllifi, "Dövlət İdarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı" çoxcildlik nəşrlərin isə həmmüəlifiyəm.
O ki qaldı yeni kitabların çapına, təbii ki, burada vaxt azlığı da müəyyən mənada rol oynayır. Həftə ərzində bəzən mənim 50-yə yaxın yazılarım, məqalə və müsahibələrim dərc edilir. Bəzən istəyirəm ki, həmin yazı və məqalələri kitab halına salım. Ancaq açığını deyim ki, hələlik fiziki vaxt baxımından bunu çatdıra bilmirəm. Həm seçicilərlə görüş, həm Milli Məclisin plenar iclasları, həm də parlamentin iki komitəsinin üzvü kimi fəaliyyətim, eləcə də çoxsaylı tədbirlərdə iştirak, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü kimi fəaliyyətim kifayət qədər vaxt, zaman deməkdir. Mənim fəaliyyətimin mühüm tərkib hissələrindən biri də internet televiziyalarda siyasi müxalifətlə debatlarımdır. Qeyd edim ki, bu çox enerji və vaxt alan məsələdir. Bu gün üzdə olan bütün müxalifət liderlərinin əksəriyyəti ilə çoxsaylı, saatlarla debatlarım olub. Bu debatlar üçün hesab edirəm ki, çoxsaylı keyfiyyətlər, ən başlıcası isə səbr və təmkin lazımdır. Çünki onlar bəzən sualları elə qoyurlar ki, sən özündən çıxasan, təmkinini itirib əsəbləşəsən. Nəticədə siyasi səhvlərə yol verəsən ki, bunu da onlar əllərində bayraq edib yaysınlar və sənə qarşı hücum təşkil etsinlər. Ancaq hələ ki, onların bu arzusu gözlərində qalır.
-Həm Dövlət İdarəçilik Akademiyasındakı iş otağınız, həm də ata ocağınıza baxanda kifayət qədər sadə bir adamın otağı, yaxud evi təəssüratı yaranır. Dəbdəbəli həyatı sevmirsiniz, yoxsa özünüzü diqqət mərkəzinə gətirmək istəmirsiniz?
-Birmənalı olaraq dəbdəbədən uzaq biriyəm. Çünki həmişə mənim üçün əsas olan məzmun, mahiyyətdir, forma deyil. Bir qayda olaraq mən sadə həyat tərzinə üstünlük verirəm. Digər tərəfdən ziyalı, müəllim ailəsindən olduğum üçün özümü orta təbəqənin nümayəndəsi hesab edirəm. Bir sözlə həmişə dəbdəbədən uzaq olmuşam və hesab etmişəm ki, mənə öz biliyimə, qabiliyyətimə görə qiymət verilsin. Onu da qeyd edim ki, bu qiymət də hər zaman verilib və buna görə şadam. Hər zaman Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, eləcə də Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdaram ki, onlar da mənim fəaliyyətimi görüb qiymətləndirirlər. O cümlədən partiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Ümumiyyətlə, bütün fəaliyyətimə yüksək qiymət verilib. Sualınıza gəlincə, hesab edirəm ki, millət necə yaşayırsa, onun vəkili də ona adekvat və oxşar yaşamalıdır. Heç bir halda öz sadə həyat tərzimi vətəndaşın sadə həyat tərzindən fərqli etməməliyəm və bu belə də olmalıdır. Rayonumuzda mənə olan etimadın kökündə dayanan ən mühüm amillərdən biri də ondan ibarətdir ki, mən onlardan biriyəm. Bir deputat kimi seçicilərimin qaldırdığı məsələləri mən də öz növbəmdə müvafiq qurumlar, nazirlik və komitələr qarşısında qaldırıram. Bir çox hallarda hətta həmin problemlərin həllinə də nail oluram. Bir sözlə xəttimiz budur. Sadə həyat, millətin, xalqın içərisində olmaq, onun problemlərini öyrənib həllini reallaşdırmaq.
-Bir qayda olaraq hər hansı bir qohum vəzifəyə təyin olunanda, yaxud deputat seçiləndə ondan umacaqlar çox olur. Sizin necə, qohum-əqrəbalarınız nələrsə umurmu, yaxud həmin istəkləri yerinə yetirə bilirsinizmi?
-Tamamilə düz deyirsiniz. Təkcə seçicilər deyil, eyni zamanda qohumlar, yaxın adamların da umacaqları olur. Ancaq onlar da mənim xarakterimi bilirlər. Mənim xarakterim odur ki, heç zaman qeyri-qanuni işə qol qoymuram. Qohum-əqrəbanın da bu və ya digər problemini həll edərkən ilk növbədə onun hüquqi baxımdan düzgün olub-olmadığını araşdırıram. Yəni orada heç bir halda xüsusi imtiyazla, yaxud səlahiyyətim var deyə nəyisə həll edə bilmərəm. Belə bir səlahiyyətimiz, imtiyazımız yoxdur. Hamı qanun qarşısında bərabərdir. Bu baxımdan qohum-əqrəbalar da mənim xasiyyətimi bilirlər. Əgər bu və ya digər formada onun hüquqları pozulubsa və qanun çərçivəsində onu tənzimləmək məsələsi ortaya çıxıbsa, bu halda müdaxilə edib öz köməkliyimi göstərirəm. Bir sözlə digər seçicilərimə göstərdiyim yanaşma kimi, qohum-əqrəbaya da eyni yanaşmanı nümayiş etdirirəm. Bir daha qeyd edirəm ki, buna görə də qohum-əqrəba mənim xasiyyətimi çox gözəl bilir. Düzdür, əvəllər hansısa bir məsələdə yoxladılar, ancaq gördülər ki, mənim öz prinsiplərim var. Mənim üçün dövlət, onun qanunları əsasdır. Qanunları aşan heç bir işə qol qoyub, heç bir sənədə imza atmaram.
-Bəs belə olan halda küsmə, incimə halları olur?
-Bəli, elələri də olub.
-Səhv etmirəmsə idmanla da məşğul olursunuz
-Bəli, idmana da xüsusi vaxt ayırıram. Əsasən axşam saatlarında idmana daha çox vaxt ayırıram. Çünki oturaq həyat daha çoxdur. Gün ərzində saatlarla otaqda, kompüter arxasında oturursan və axşama doğru həddən artıq yorulduğunu hiss edirsən. Ancaq fiziki işlər, xüsusilə idmanla məşğul olduqdan sonra artıq özünə gəldiyini hiss edirsən. Sağlam bədəndə sağlam ruh olar deyirlər. Bu məqamda yenə də Çörçildən sitat gətirəcəm. Məlum olduğu kimi o, 90 ildən artıq yaşayıb. Çörçil deyirdi ki, mən uzunömürlüyümə görə idmana borcluyam. Çünki heç vaxt idmanla məşğul olmamışam. Əgər Çörçill sağ olsaydı, onunla polemikaya girərdim. İdman doğrudan da önəmli məsələdir. İdman insanı sağlam, gümrah edir, onun iş qabiliyyətini artırır.
.jpg)
Eyni zamanda mən hər zaman kitablara borcluyam, onlara minnətdaram. Mən saatlarla, bəzən 5-6, hətta 8 saat oturub müntəzəm yazılar yazarkən, kompüter arxasında olarkən görürəm ki, insanda Allahın bəyənmədiyi keyfiyyətlər var. Məsələn, paxıllıq, qeybət və s. Hesab edirəm ki, mütaliə etmək, kitab oxumaq insanı tərbiyə edir. İnsan kitabların içində olduqca, mütaliə etdikcə zənginləşir. Zənginləşdikcə isə mənən, daxilən təmizlənir. İnsanın əxlaqını, mənəviyyatını müsbətə doğru dəyişir. Vaxtı ilə ədəbiyyat müəlliməm deyir ki, nitqinizin yaxşı, söz ehtiyatınızın çox olmasını istəyirsinizsə, Cəfər Cabbarlının bütün əsərlərini oxuyun. Mən də Cəfər Cabbarlının elə bir əsəri qalmamışdı ki, onu oxumayım. Poeziyasından tutmuş, nəsr əsərlərinə, dramlarına qədər hamısını oxumuşdum. Bir sözlə mütaliə, elm, təhsil insanı bütün pis vərdişlərdən uzaqlaşdırır.