Tanınmış jurnalistə AzTV-də VƏZİFƏ VERİLDİ - FOTO
3-10-2022, 14:56
1 300

Tanınmış jurnalistə AzTV-də VƏZİFƏ VERİLDİ - FOTO

Jurnalist Jalə Mütəllimova AzTV-də işə başlayıb.
Jurnalist AzTV-də "Xəbərlər" redaksiyasının baş redaktor müavini təyin edilib.
Qeyd edək ki, Jalə Mütəllim qızı Mütəllimova 1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib.
1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində çalışıb. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı kimi çalışıb. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də yenidən fəaliyyətə başlayıb. Holdinq nəzdnindəki APA TV-də teleaparıcı və layihə rəhbəri olub. Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı olub. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarıdır. Paralel olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyində, “Təhsil TV”-də və “Azərbaycan müəllimi” qəzetində layihə təhbəri, yazar olaraq fəaliyyətdədir. 
Ailəlidir, üç övladı var.  //Modern.az
  • Tanınmış jurnalistə AzTV-də VƏZİFƏ VERİLDİ- FOTO

Oxşar xəbərlər