Eyni bal toplayan iki bacı Prezident təqaüdü ALACAQ
3-10-2022, 15:46
7 370

Eyni bal toplayan iki bacı Prezident təqaüdü ALACAQ

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü verilməsi barədə Sərəncam imzalayıb.
Prezident təqaüdü alacaq tələbələr arasında iki bacı da var. Belə ki, Sadıqova Həmidə Cəmşid qızı və bacısı Sadıqova Nəzrin Cəmşid qızı qəbul imtahanında eyni nəticəni göstəriblər. Onlar hər ikisi 660,9 bal toplayıblar.
Hər iki bacı Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçib.

Oxşar xəbərlər