Baş nazir qərar verdi - Bu komissiyanın tərkibi dəyişdi
6-10-2022, 10:51
1 322

Baş nazir qərar verdi - Bu komissiyanın tərkibi dəyişdi

Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyasının adı dəyişdirilib və yeni tərkibi təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, komissiya Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası adlandırılıb.
Komissiyanın yeni tərkibi aşağıdakı kimidir:
Komissiyanın sədri
Şahin Mustafayev - Baş nazirin müavini
Komissiyanın üzvləri:
İqtisadiyyat nazirinin birinci müavini
Fövqəladə hallar nazirinin birinci müavini
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Ədliyyə nazirinin müavini
Maliyyə nazirinin müavini
Dövlət Gömrük Komitəsi sədrinin müavini
Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi sədrinin müavini
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri.

Oxşar xəbərlər