Azərbaycanda bu məhsul kəskin bahalaşdı - VİDEO
6-10-2022, 11:03
1 449

Azərbaycanda bu məhsul kəskin bahalaşdı - VİDEO

Duru yağların qiymətində kəskin bahalaşma var.
Satıcı "Xəzər Xəbər"ə deyib ki, qiymət artımı əvvəllər daha az hiss olunurdu və qiymət fərqi 6 aydan bir yaranırdı.
Son iki ayda isə qiymətlərdə 2, hətta 3 dəfə artım müşahidə olunur. Bu da alıcı sayına təsir edir.
Satıcılar deyirlər ki, həftədə bir dəfə mağazaya duru yağ məhsulu qəbul olunur və hər dəfə də qiymət 1 manata yaxın qalxır.
Satıcılar və alıcılar kəskin qiymət artımlarını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər.


Oxşar xəbərlər