Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti məlumat yayıb. Məlumata görə, DYNX tərəfindən yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərlə bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlama zamanı “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növü üzrə lisenziyaya malik Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən “Qızıl Əllər” MMC-də ilkin yanğınsöndürmə vasitəsi olan yanğınsöndürən balonların doldurulması və ya tərkibinin yenilənməsində istifadə olunan quru kimyəvi toz maddələrdən götürülmüş nümunələr Fövqəladə Hallar Nazirliyinin Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasında laborator müayinələrdən keçirilib. Laboratoriya sınaqlarının nəticəsində məlum olub ki, sözügedən maddələrin kimyəvi tərkibi normativ tələblərə cavab vermir və yanğınların söndürülməsində yararsız olmaqla yanaşı insan həyatı və sağlamlığı üçün təhlükəlidir. Qeyd edək ki, baş verə biləcək yanğınların söndürülməsi zamanı kimyəvi tərkibi norma və standartların tələblərinə cavab verməyən maddələrlə doldurulmuş və ya belə maddələrlə tərkibi yenilənmiş yanğınsöndürmə balonlarından istifadə insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.
Qeyd olunanları nəzərə alaraq, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, lisenziya üzrə fəaliyyət sahəsində ciddi qanun pozuntusuna yol vermiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən “Qızıl Əllər” MMC-nin yanğınsöndürmə balonlarının doldurulması və ya tərkibinin yenilənməsi üzrə fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və aşkar olunmuş pozuntuya hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanına müraciət olunub.
Bununla yanaşı, sözügedən məsələ ilə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü bəndinə əsasən, fəaliyyət növünün həyata keçirilməsi zamanı “Qızıl Əllər” MMC tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarının aşkar olunması səbəbindən lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərilib.
FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Cəmiyyət
10-10-2022, 11:28
2 438
Nazirlik Bakıda müəssisənin fəaliyyətini məhdudlaşdırdı - Video
Oxşar xəbərlər
Son Xəbərlər
-
09:00
ŞƏHİD ƏMANƏTLƏRİNƏ TƏŞƏKKÜR SÜFRƏSİ… - Cəlal Qurbanov: “Şəhid ailələri bizim ən dəyərli ünvanımızdır!” / Video, Foto
-
03:10
Cavanşir Qurbanov Prezident tərəfindən təltif edildi-FOTOLAR/VİDEO
-
02:29
Cəlal Qurbanov Novruz bayramı münasibəti ilə Səmayə ananın timsalında bütün Şəhid Analarını təbrik edib
-
14:43
Cəlal Qurbanov- 44 YAŞ
-
18:35
Şəhid əmanətlərinin Novruz tonqalı Şahdağda qalandı
-
18:39
Bakıda sıfır dərəcəyə yaxın şaxta olub, qar yağır - FAKTİKİ HAVA
-
18:36
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Səudiyyə Ərəbistanının nüfuzlu xəbər saytında dərc olunub
-
18:28
Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur
-
18:23
Ərdoğanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirilir
-
18:12
Azərbaycan Belarusdan taxta-şalban idxal edən ölkələr sırasında ilk üçlükdədir
-
18:09
Nigerdə silahlıların hücumu nəticəsində 3 nəfər həlak olub
-
18:05
Türkiyədə sosial şəbəkələrdə terrorçuların təbliğatını aparan 110 nəfər müəyyən edilib - YENİLƏNİB
-
18:02
BMT-nin helikopteri Afrikada qəzaya uğrayıb
-
18:00
“Moody's”: “Türkiyədə inflyasiya ilin ikinci yarısında yavaşlamağa başlayacaq”
-
17:56
Emre Can ilin ən yaxşısı seçildi
-
17:49
"Neftçi" Türkiyədəki ikinci yoxlama oyununda məğlub olub
-
17:44
Tayvan administrasiyasının yeni seçilən başçısı Çinlə dialoq istədiyini bildirib
-
17:39
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edildi
-
17:25
Yaponiyada şüşəsi çatlayan təyyarə məcburi eniş edib
-
17:21
Aygün Bəylər qızına bunları demişdi...
-
17:17
Göygöldə "Mercedes" yandı
-
17:14
Elza Seyidcahanın papağını LAĞA QOYDU - FOTO
-
17:05
İsrail ordusu HƏMAS-ın komanda mərkəzi və qərargahının məhv edildiyini açıqlayıb
-
17:02
Bayden Husiləri terrorçu adlandırdı
-
16:58
Fransada Xan qızına görə etiraz aksiyası keçirilir
-
16:52
Şəkidə iki mərtəbəli evdə yanğın olub
-
16:46
Məzahir Pənahov MSK-nın veb-kameralar quraşdırıldığı 1000 seçki məntəqəsində yanğın təhlükəsizliyi kameralarının olmamasını vacib sayıb
-
16:43
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edilib
-
16:37
Növbədənkənar Prezident seçkilərini izləmək istəyən müşahidəçilərin sayı açıqlanıb
-
16:34
Seçkiqabağı təşviqatın aparılması üçün 22 gün vaxt verildi
-
16:31
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
-
16:27
DYP: "Sürücülərin buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur"
-
16:20
Nyu-York küçələrində görüntüləndi
-
16:13
FIFA Braziliya və Argentinanı cərimələyib
-
16:09
Tramp əsassız məhkəmə iddiası ilə bağlı təzminat verəcək
-
16:06
Anasının yeriyə bilmədiyini deyib ağladı
-
16:02
“Jewish Journal”: “Ermənistanda sinaqoqun yandırılması antisemitizmlə bağlı yeganə əlamət deyil”
-
15:57
Yanvarın 14-16-da yollar buz bağlayacaq - Xəbərdarlıq
-
15:53
"Neftçi" bu gün Almaniya klubu ilə üz-üzə gələcək
-
15:50
Sevgilisinə hücum edən aktyor filmdən uzaqlaşdırıldı
-
15:47
İsveç 10 ildən sonra Aİ-nin ən çox məhbusu olan ölkəsinə çevrilə bilər
-
15:43
36 min nəfər serialdan şikayət edib...
-
15:39
Azərbaycanlı məşhurların əsl yaşları - ŞOK OLACAQSINIZ
-
15:33
Cennifer Lopez: "Ərim üçün narahat olmasınlar! O xoşbəxtdir" - FOTO
-
15:30
"İçimdəki qadın" kitabı 2 milyondan çox satıldı
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
Arxiv
« Июль 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |