İlham Əliyev Putinlə görüşdü
13-10-2022, 17:41
6 818

İlham Əliyev Putinlə görüşdü

Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.
"Ria Novosti" xəbər verir ki, prezidentlər Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində görüşüblər.
Qeyd edək ki, dövlət başçıları Astanada keçiriləcək MDB dövlət başçılarının sammitində iştirak edəcəklər.

Oxşar xəbərlər