"Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır" - Çavuşoğlu
17-10-2022, 18:21
6 899

"Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır" - Çavuşoğlu

"Azərbaycan Qarabağ zəfərindən sonra Ermənsitana əsaslı sülh təklif etdi”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.
“Ermənistan gec olsa da, müsbət cavab verdi. Azərbaycan haqlı olaraq deyir ki, Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır”, - o bildirib.
M.Çavuşoğlunun fikrincə, sülh müzakirələri sürətlənərək davam etməlidir: “Bu, Cənubi Qafqzdakı sabitlik üçün son dərəcə vacibdir”.

Oxşar xəbərlər