Bakıda obyekt yanıb
19-10-2022, 16:39
6 985

Bakıda obyekt yanıb

Bakıda obyektdə yanğın olub.
FHN-nin saytı xəbər verir ki, Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 150 m² olan obyektdə (fəaliyyət göstərmir) 8 m² sahədə tavan və 3 p.m elektrik kabeli yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər