Türkiyə Azərbaycana sürücüsüz zirehli maşın sata bilər
24-10-2022, 13:43
1 313

Türkiyə Azərbaycana sürücüsüz zirehli maşın sata bilər

Türkiyə Azərbaycana “Barkan” markalı sürücüsüz zirehli maşın sata bilər.
Türkiyə mətbuatı xəbər verir ki, bu barədə istehsalçı şirkət olan HAVELSAN-ın sədri Hacı Əli Mantar deyib.
“Azərbaycan, Ukrayna və Pakistanla müqavilələr imzalanıb. Müzakirələrimiz davam edir”,
Onun sözlərinə görə, hazırda “Barkan”dan ancaq Türkiyədə istifadə olunur.

Oxşar xəbərlər