Stalinin səs yazıları Azərbaycanda bu qiymətə satılır
2-11-2022, 16:48
6 932

Stalinin səs yazıları Azərbaycanda bu qiymətə satılır

SSRİ Kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi İosif Stalinin səs yazısı Azərbaycanda satışa çıxarılıb.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdəki hərrac səhifələrindən birində élan paylaşılıb. Bildirilib ki, səs yazıları 1937-ci ilə aiddir. Qeydlərin olduğu 5 val hərrac yolu ilə satışa qoyulub.
İ. Stalinin səs yazılarının olduğu vallar üçün ilkin qiymət 10 manat nəzərdə tutulub. Artım minimal 1 manatdır.
Hərrac noyabrın 2-i gecə 23:00-da başa çatacaq. Hələlik isə ən yüksək 25 manat təklif edilib.

Oxşar xəbərlər