“WhatsApp”da özünüzlə də mesajlaşa biləcəksiniz
3-11-2022, 22:56
9 209

“WhatsApp”da özünüzlə də mesajlaşa biləcəksiniz

“WhatsApp” özünüzə mesaj göndərməyə imkan verən funksiya təqdim edəcək. 
Bu barədə “WABetaInfo” portalı məlumat yayıb. 
Məlumata görə, “WhatsApp”da kontakt siyahısında Mən (Sən) adlı öz telefon nömrənizlə söhbət mövcud olacaq. Özünə mesaj göndərmək istəyən istifadəçi, sadəcə bu mesajı seçəcək və söhbətə başlayacaq.
Xatırladaq ki, özünüzə mesaj göndərmək imkanı əvvəllər mövcud idi. Ancaq bunun üçün telefon nömrənizi əlaqə axtarışına daxil etmək lazım idi. 
Onu da qeyd edək ki, yeni funksiya həm iOS, həm də "Android" tətbiq istifadəçiləri üçün əlçatan olacaq. 

Oxşar xəbərlər