Cəbrayılda insan sümükləri TAPILDI
6-11-2022, 22:44
9 368

Cəbrayılda insan sümükləri TAPILDI

Cəbrayıl rayonunun Çullu kəndində insan sümükləri tapılıb.
Qafqazinfo xəbər verir ki, iki gün əvvəl kənd ərazisində yer səthinin 3-5 santimetrliyində 2 ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük və 1 ədəd əl qumbarası aşkar edilib.
Məlumata görə, yaxınlıqda insan skeletinin digər hissələrinə rast gəlinməyib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.

Oxşar xəbərlər