Azərbaycanda gəlin maşınının qabağını belə kəsdilər
7-11-2022, 17:01
6 778

Azərbaycanda gəlin maşınının qabağını belə kəsdilər

Azərbaycanda gəlin maşınının qarşısını maraqlı üsulla kəsiblər.
Bu üsul Bərdə rayonunda keçirilən toy məclislərindən birində baş verib. Görüntüləri də məhz rayon sakinlərindən biri sosial şəbəkədə paylaşıb.
İki  kişi bəy-gəlin maşınının gələcəyini bilərək, yolun ortasında nərd oynamağa başlayıblar. Beləcə yolu kəsiblər və bəy düşərək onların adət-ənənədən qalma bəxşişlərini verib.

Oxşar xəbərlər