“Ölü olsaydım, bu gün dirilərdim“ - Sabiq deputat
10-11-2020, 11:38
142

“Ölü olsaydım, bu gün dirilərdim“ - Sabiq deputat

“Bu gün elə bir ruh halındayam ki, ölü olsaydım dirilərdim. Müqəddəs Qurani-Kərimdə deyilir ki, "İnsan naşükürdür,özü də buna şahiddir".
Bu sözləri keçmiş deputat Gülər Əhmədova deyib. O, İlham Əliyevin Qarabağı alacağına hər zaman inandığını bildirib:
“Facebook”da bəzi hövsələsiz adamlar yazır ki, ay nə bilim yenə Volski rejimi olacaq, nə bilim yeni Xocalı olacaq. Yalançı sözü olmasın, bu illər ərzində yüzlərlə insana demişəm ki, "İlham Əliyev Qarabağı alacaq”. Cavabında kimlərdən nələr eşitməmişəm. Çox şadam ki, hamınız liderimizi bu 40 gündə daha yaxşı tanıya bildiniz, nə dərəcədə, sadə, səmimi, sizlərdən biri olduğuna əmin oldunuz. Sizin bu gün gəldiyiniz qənaətə mən 1998-ci ildə gəlmişdim. O zaman Cənab Prezident ARDNŞ-nın vitse-prezidenti idi, siyasətə yeni qədəm qoymusdu. Amma ilk görüşdə mənə mükəmməl insan təsiri bağışladı (Ümumiyyətlə, insanı ilk gördüyünüzdə nə hiss etdinizsə odur). Və artıq o gün bu gün nə zaman necə addım atacağı mənə sirr deyil (İnşallah, yanılmıram) Güclü diplomatiyası olsa da, çox səmimi, riyasız insandır. Şəfqətli və mərhəmətli halı ilə həmişə zəifin yanında olsa da dağlılar demiş kəllə atan varsa, buynuzlarını sındırmasa sakitləşməz. Dahası da var... Lakin xatirə kitabımız üçün də bir şeylər saxlayaq.
Həmişə olduğu kimi yenə, İnşalllah təsdiqlənəcək siyasi proqnoz verərək deyirəm:  İlham Əliyev nə Mütəllibovdur, nə də Vəzirov. Bu İlham Əliyevdir! Azərbaycanın əsrlər boyu itirə-itirə getdiyi torpaqlarının qaytarılmasının bünövrəsini qoymuş xilaskar İlham! Heydər Əliyevin oğlu İlham Əliyev. Sayın Ərdoğanın qardaşı İlham Əliyev. Tələsməyin və İlham Əliyevi qoruyun. Dua edin!”

Oxşar xəbərlər