Elman Nəsirovdan iranlı deputatlara cavab: “Çox böyük oyun gedir, bilin ki..."
15-11-2022, 14:22
916

Elman Nəsirovdan iranlı deputatlara cavab: “Çox böyük oyun gedir, bilin ki..."

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. 
XİN-dən bildirilib ki, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini, habelə regional vəziyyəti müzakirə ediblər. Tərəflər iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyətin, ictimai ritorika ilə bağlı narahatlığın və digər mövcud problemlərin qarşılıqlı dialoq və anlaşma çərçivəsində həll edilməsinin zəruri olduğunu bildiriblər. 
Artıq bir müddətdir ki, İran rəsmiləri tərəfindən Azərbaycana qarşı qərəzli çıxışlar edilir. Bəzi iranlı deputatlar Azərbaycanı açıq şəkildə İranın tarixi ərazisi kimi göstərməyə cəsarət edirlər. 
Cebhe.info-ya açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov mövzu ilə bağlı danışarkən qeyd edib ki, Azərbaycanın xarici siyasət kursunda qonşularla münasibətlərində dostluq mövqeyində dayanır: 
"Ölkə Prezidenti, cənab İlham Əliyevin müəyyən etdiyi siyasətdə qonşularla əlaqə və bunun inkişaf etdirilməsi birinci yerdə dayanır. Bu məntiqlə baxanda görərik ki, Azərbaycan İranla münasibətlərində olduqca maraqlıdır. Çünki bu, bizim xarici siyasətin mühüm istiqamətədir. Lakin təəssüf ki, son zamanar İranın Azərbaycana münasibətində fərqli mövqeyini görürük. Onlar "Ermənistan bizim üçün qırmızı xətdir" ifadəsini işlədirlər, Azərbaycanla sərhəddə təlimlər keçirlər, Ermənistanın Baş naziri Nikol Paşinyanı "Qurani- Kərim"lə qarşılayırlar. İran Ermənistana sutkada 1 milyon kubmetr qaz satırdısa, bunun artıq 2 milyona çatdırılması haqqında razılaşma əldə edilib. İran və Ermənistan arasında ticarət dövriyyəsinin səviyyəsi ildə 560 milyon dollar idisə, bunun 1 milyard dollara çatdırılması haqqında razılaşmalar olub. 
Bütün bunlar göstərir ki, İran Azərbaycan topaqlarını işğalda saxlayan, genosid siyasətini həyata keçirən Ermənistanla bir- birinə bağlıdır. Bu da anlaşılmazdır, İslam həmrəyliyinə ziddir. "Xomeyni ideologiyası" ilə daban- dabana ziddir. Həmin ideologiyaya görə, müsəlmanın müsəlmandan başqa yaxın dostu yoxdur. Belə olan vəziyyətdə İranın yeritdiyi siyasət təbii ki, Azərbaycan cəmiyyətində də birmənalı qarşılanmır. Çoxlu suallar yaranır ki, axı biz İranla mehriban qonşuluq siyasətinə sadiq qalmışıq. Bəs onda niyə İran belə addımlar atır?!" 
Deputat bildirib ki, son günlər İranla Azərbaycan arasında yaşanan gərginliyin fonunda müsbət tendensyalar müşahidə olunmaqdadır. Xüsusilə, Azərbaycanın xarici işlər naziri ilə iranlı həmkarı arasında baş tutan telefon danışığı müsbət impuls kimi qiymətləndirilə bilər: "Bu, onu göstərir ki, deyəsən, rəsmi Tehran indiki gərginlikdən çıxış yolları axtarışına düşüb". 
Parlament üzvünün fikrincə, bir şeyi də sual etmək lazımdır ki, İranın dünyada dostlarının sayı nə qədərdir? Deputat verdiyi sualı özü cavablandırıb: 
"Barmaqla sayılacaq qədərdir! Bu gün bütün dünya ABŞ-ın İrana qarşı təşkil etdiyi sanksyaların ya birbaşa, ya da dolayısıyla iştirakçısıdır. Amma qeyd etdiyim kimi, həmin barmaqların sayı qədər ölkələr var ki, İrana qarşı sanksyalara qoşulmur, bu proseslərdə heç bir iştirakı yoxdur. Onlardan biri də Azərbaycandır. Vaxtilə 1919- cü ildə təşkil edilən konfransda İranın xarici işlər naziri trubunadan çıxış edən zaman da demişdi ki, Azərbayacana müstəqillik vermək lazım deyil. Çünki guya Azərbaycan tarixən İran imperiyasının tərkibində olub. Bu zaman İtaliyanın xarici İşlər naziri cavab olaraq demişdi ki, gəlin tarixi "eşələməyək". Əgər tarixi nöqteyi- nəzərdən baxsaq, burada iştirak edən ölkələrin mütləq əksəriyyəti Roma imperiyasının təkibində olub". 
Deputatın fikrincə, İran çox yaxşı bilir ki, dünyada çox ciddi geopolitik dəyişikliklər baş verməkdədir: 
“Dünya daha əvvəlki dünya olmayacaq. Burada Cənubi Qafqaz uğrunda da çox ciddi mübarizə gedir. Dünyanın yeni arxitekturası qurulur. Bu mübarizədə Türkiyə öncül mövqedədir. Cənubi Qafqazda Türkiyə öndədir, əsas oyunçulardan biridir. İran bunu həzm edə bilmir. İran həm də çox gözəl də dərk edir ki, Ermənistan bu geosiyasi reallıqda perspektivdə Rusiya və İranla deyil, daha çox Türkiyə ilə yaxınlaşa bilər. Bunu özü üçün təhlükə mənbəyi hesab edir. Azərbaycan- Türkiyə qardaşlığı, müttəfiqliyi regionun mənzərəsini müəyyən edir. Bütün bunlar İranda qısqanclıqla qarşılanır. Hesab edirlər ki, bu prosesdə onların geopolotik məğlubiyyətini şərtləndirirlər. İran düşünür ki, bəs onda necə edək ki, çaxnaşma, gərginlik ocağı yaradaq, Azərbaycana qarşı təhdidlər ortaya qoyaq. Elə edək ki, Azərbaycanı öz haqq yolundan döndərək və geosiyasi reallıqlarda öz hakim mövqeyimizi təmin edək. Əsas hədəfləri budur, amma bunlar hamısı mənasız cəhdlərdir. İran bir şeyi bilməlidir ki, onun dost itirən vaxtı deyil. Azərbaycan İranla mehriban dostluq və qonşuluq münasibətlərinə sadiq qalıb. Belə olan vəziyyətdə az sayda dostları olan dövlət onları gözünün bəbəyi kimi qorumalıdır. Amma təəssüf ki, İranda mövcud hakimiyyət bir çox məsələlərə obyektiv deyil, dar mülahizələr çərçivəsindən qiymət verir". 
Elman Nəsirov Amerikanın İran hadisələri fonunda Azərbaycana dəstək olmasına isə belə rekasiya verib: 
"ABŞ gərginlik fonunda əzəli və əbədi düşməni İrana qarşı Azərbaycanı müdafiə edib. Hesab edirəm ki, bugünkü reallıqlardan şərtlənir. Sabahkı reallıqlarda Bayden fərqli mövqe də ortalığa qoya bilər. Bizim Baydendən bir xahişimiz var. Əgər doğrudan bizi müdafiə edirsə, Ermənistan iddialarla çıxış edir ki,  Qarabağın statusu olmalıdır və s. kimi məsələlərdə həqiqətin yanında yer alsın. Ermənistanın başa salsın ki, Qarabağ Azərbaycan torpağıdır. Qoy, bunu diqtə etsin. Burada çox böyük oyun gedir. Bu oyun çərçivəsində yeni geopoltik gərginik fonunda öz strateji məqsədləri üçün Azərbaycandan istifadəyə çalışırlar.  Amma Azərbaycan dövləti, siyasi lideri kifayət qədər ağıllı, müdrik və xarizmatik siyasət həyata keçirir. Ölkə Prezidenti deyib ki, Cənubi Qafqazı ayrı- ayrı dövlətlərin toqquşma məntəqəsi deyil, buranın uzlaşma, əməkdaşlıq məntəqəsinə çevirmək istəyirik. Bu, dövlətimizin strateji xəttidir". 

Oxşar xəbərlər