Ömürlük məhkumlar həftədə bir dəfə videogörüş keçirə biləcəklər
18-11-2022, 17:03
6 633

Ömürlük məhkumlar həftədə bir dəfə videogörüş keçirə biləcəklər

Azərbaycanda ömürlük məhkumlar həftədə bir dəfə videogörüş keçirə biləcəklər.
Bununla bağlı Prezident İlham Əliyev Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Dəyişikliklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malik olacaqlar.
Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödəniləcək. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz edilə ediləcək.
Həmçinin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla videogörüşlərə icazə verilməyəcək.

Oxşar xəbərlər