Paşinyan yenidən “sülh göyərçini” rolunda - Nikolun səmimiliyinə inanaqmı? - 2 rəy
19-11-2022, 11:13
8 248

Paşinyan yenidən “sülh göyərçini” rolunda - Nikolun səmimiliyinə inanaqmı? - 2 rəy

“Ermənistan Azərbaycanla parlamentlərarası əlaqələrin qurulması ideyasına müsbət yanaşır”.

Onun sözlərinə görə, Ermənistan təkcə parlamentlər səviyyəsində deyil, həm də ictimai xadimlər səviyyəsində dialoqun qurulması və təşviq edilməsinin tərəfdarıdır. Lakin qeyd edib ki, bütün bu təşəbbüslər tərəflər arasında müvafiq ab-havanın yaradılması şəraitində həyata keçirilməlidir, əks halda, bu müzakirələr heç bir həllə gətirməyən problemlərin müzakirəsinə çevriləcək.
Millət vəkili Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın diqqət çəkdiyi parlamentlərarası əlaqələrlə bağlı məsələ Soçi bəyannaməsində əksini tapıb və tərəflər bu məsələdə əməkdaşlıq etməyə razılaşıblar: “Xüsusilə iki dövlət arasında sülh müqaviləsinin imzalanması üçün ilk növbədə etimad mühiti olmalıdır.  Bunun üçün isə ekspertlər səviyyəsində əməkdaşlıq, QHT-lərin əlaqələri, hətta din xadimləri arasında əməkdaşlıq məsələləri bəyannamədə əksini tapıb. Bu baxımdan Paşinyan yeni heç nə deməyib. Lakin o yenə də sözarası öz ambisiyalarını, yalan informasiyalarını ictimaiyyətə sırımaq istəyir. Azərbaycanda erməni əsiri yoxdur. Dövlətimiz humanizm nöqteyi-nəzərindən çıxış edərək konkret cinayət əməlinə-diversiya, terrora görə həbs edilmiş erməni hərbçilərini azad etdi. Buna görə də Paşinyanın erməni əsirlərdən danışması yersizdir. 
Fayl:Elman Nəsirov.jpg — Vikipediya
Elman Nəsirov
Parlamentlərarası təmaslar sülh prosesinə müəyyən töhfə verə bilər. Lakin düşünürəm ki, təkcə, danışıqlar yolu ilə problem həll olmur. Danışıqlar ortada konkret sənəd, sülh müqaviləsinin layihəsi olduqda effekt verə bilər. Sülh müqaviləsinin hazırlanması ilə bağlı prosesə başlanması ilk addım olmalıdır və layihə ortaya qoyulmalıdır. Tam razılıq əldə olunan məsələləri konkretləşdirmək lazımdır. Ekspertlər arasında təmaslar parlamentarilərin görüşməsi, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin təmasları, din xadimləri arasında əlaqələrin yaradılması etimad mühitini formalaşdıran amillərdir. Bu məsələlərdə fikir ayrılığının olacağını düşünmürəm. Yarı-yarıya razılaşdırılmış məsələlərə də ayrıca nəzər yetirmək lazımdır. Çalışmaq, müzakirələr aparmaqla bu məsələləri tam razılıq əldə olunan məsələlər siyahısına əlavə etmək olar.
Əsas diqqət isə həlli mürəkkəb görünən məsələlərə yönəldilməlidir. Artıq bu istiqamətdə danışıqlar gedir. Birgə səylərlə konkret nəticələrin əldə olunması mümkündür. Adətən həllini tapmış məsələlər bir daha gündəmə gəlmir. Reallıq göz önündədir - sülh müqaviləsinin layihəsi yoxdur, danışıqlar ümumi xarakter daşıyır. Paşinyan deyib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması bir neçə il çəkə bilər. O, əvvəllər bu prosesin ilin sonuna qədər bitəcəyini desə də, indi Azərbaycanla sülh müqaviləsi yox, çərçivə sənədi imzalaya biləcəyini bildirir ki, bu sənəddə söhbət konkretlikdən, detallardan yox, ümumi yanaşmadan gedir".
Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın iqtisadi gəlirləri daha  da artacaq - Tural İsmayılov - "İki sahil"
Tural İsmayılov
Politoloq Tural İsmayılov Paşinyanın açıqlamasını belə şərh etdi: “Nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan arasında mümkün sülhün perspektivləri həm də vasitəçisiz danışıqları özündə əks etdirir. Hesab edirəm ki, bundan öncə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa təmas, əslində vasitəçi olmayan danışıqlarda daha uğurlu və pozitiv nəticələrin əldə olunma imkanlarını nümayiş etdirir. Bu baxımdan həm Rusiya mərkəzli, həm də Avropa İttifaqı mərkəzli görüşlərdən savayı, ikitərəfli əlaqələrin qurulması prosesdə müsbət nəticələr üçün əvəzedilməz faktordur. Soçi bəyannaməsində də tərəflərin müxtəlif vasitələrlə birbaşa və qarşılıqlı əlaqələri davam etdirməyinin vacibliyi vurğulanıb. Soçi bəyannaməsinin müddəalarından biri həm də müxtəlif fikir adamlarının, QHT-lərin, media nümayəndələrinin, eyni zamanda parlamentarilərin qarşılıqlı səfərlərini, eyni zamanda bir-biri ilə ünsiyyətini nəzərdə tutur. Bu baxımdan hesab edirəm ki, erməni və azərbaycanlı deputatlar arasında barışıq yönündə uzunmüddətli perspektivdə müzakirələrin aparılması gerçəkləşə bilər. Eyni zamanda, iki xalq arasındakı nifrət duyğusunun aradan qaldırılmasında, həmçinin, Ermənistanda hökm sürən ifrat milliyyətçilik eyforiyasının yavaş-yavaş daha tolerant yanaşma ilə əvəz edilməsində Ermənistan parlamentarilərinin də səyləri ola bilər. Parlament nümayəndələrinin qarşılıqlı əlaqələri həm də Azərbaycan və Ermənistan media təmsilçiləri, QHT, ictimai birliklərin gələcəkdə işgüzar əlaqələrinin yaranması ilə nəticələnə bilər. İstənilən halda, vasitəçi olmadan danışıqların davam etdirilməsi Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün qarşılıqlı görüşlərin faydaları var”. 

Oxşar xəbərlər