Hikmət Hacıyevlə İsrail XİN-in Baş direktoru arasında telefon danışı olub
21-11-2022, 17:33
6 374

Hikmət Hacıyevlə İsrail XİN-in Baş direktoru arasında telefon danışı olub

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Alon Uşpiz arasında telefon danışığı olub.
Bu barədə İsrailin Bakıdakı səfiri Corc Dik “Twitter”də xəbər verib.
“Uşpiz baş tutmuş danışıq zamanı bəyan edib ki, Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayır. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər”, - deyə səfir bildirib.


 

Oxşar xəbərlər