Mədəniyyət Nazirliyini tənqid etdiyinə görə Kukla Teatrında yoxlamalar aparılır (YENİLƏNİB)
22-11-2022, 11:49
1 251

Mədəniyyət Nazirliyini tənqid etdiyinə görə Kukla Teatrında yoxlamalar aparılır (YENİLƏNİB)

"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür."
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
"Nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair  nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.
Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb.
Xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək", -deyə məlumatda qeyd olunub.
 
***11:19
Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar aparır.
"Unikal" xəbər verir ki, yoxlamalar noyabrın 21-dən başlayıb.
İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır. 
Mədəniyyət Nazirliyindən isə saytımıza bildirilib ki, yaxın dəqiqələrdə məsələ ilə bağlı açıqlama veriləcək.

Oxşar xəbərlər