Bakıda “Dərnəgül” və “Koroğlu” metrostansiyaları arasında üç yeni stansiya inşa olunacaq
22-11-2022, 16:22
6 687

Bakıda “Dərnəgül” və “Koroğlu” metrostansiyaları arasında üç yeni stansiya inşa olunacaq

“Bakı metropoliteni “yaşıl xətt” üzrə “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına qədər tikiləcək 3 yeni stansiyanın layihə-smeta sənədlərinin hazırlanmasını başa çatdırıb”.
Bu barədə bu gün Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.
O bildirib ki, xətt üzrə bütün sənədləşmə işləri hazırdır:
“Tikinti barədə tapşırıq verilən kimi dərhal işlərə başlanacaq. Hazırda tikintiyə başlamaq üçün lazım olan bütün şərait var. Metropolitenin tikintiyə başlamaq üçün kifayət qədər texniki və zehni potensialı mövcuddur”.

Oxşar xəbərlər