Elman Nəsirov: "Prezident hər zaman xalqının dilində danışır"
24-11-2022, 18:47
6 210

Elman Nəsirov: "Prezident hər zaman xalqının dilində danışır"

Deputat Elman Nəsirov isə hesab edir ki, İlham Əliyevin intellekti, yüksək elmi səviyyəsi, mahir diplomat olması artıq dillər əzbəridir.
 
Elman Nəsirov deyib ki, Əliyevin çıxışlarını müxalifətçilər də etiraf edir:
“Mən müxalifətin bri neçə üzdə olan liderləri ilə debatlarda olmuşam, onların mütləq əksəriyyəti debatdan sonra mənə deyiblər ki, prezident Əliyevə qarşı müxalifətdədirlər.
 
Müxalifətçilər bildirirdi ki, ədalət naminə, 2020-ci ilin savaşı zamanı İlham Əliyevin 30-a yaxın xarici aparıcı media nümayəndələrinin təxribatçı suallarına əsaslı, intellektual, elmi yükə malik cavabları bizi də valeh edib. Yəni onlar etiraf etdilər ki, Əliyevin intellekt sahibi olduğunun tam fərqində olublar”.
 
Elman Nəsirov: “Prezident xalqın dilində danışır”
 
Onun sözlərinə görə, prezidentin nitqi çox böyük siyasi məna və çəkiyə malik olmaqla yanaşı, söylədikləri xalqa ünvanladığından xalq dilinə də yaxındır:
“Ona görə də cənab prezident müharibə dövründə və sonrakı illərdə yeri düşəndə eldən, xalqdan gələn ifadələr işlədir. İnanın ki, bu ifadələrin təsir gücü daha böyük olur.
 
Məsələn, ölkə başçısı YAP-nın yubileyində dedi ki, Fransa ilə Ermənistan bir-birinə “bacı” deyirlər. Bu, zalda çox böyük gülüşə və təbəssümə səbəb oldu. Prezident əlavə etdi ki, adətən, belə hallarda “qardaş” deyərlər, amma onlar “bacı” deyirlər. Azərbaycan və Türkiyə liderləri isə bir-birinə “qardaşım” deyə xitab edirlər. Fərqi görürsünüz də?..”.
 
Elman Nəsirov
 
“Əlbəttə, çox diplomatik, akademik ifadələr də işlətmək olar. Lakin onların təsiri olmayacaq. Amma görün, cənab prezidentin xalqın içindən gələn sözlərdən, el dilində olan ifadələrdən istifadə etməsi necə effekt verir?
 
“Açdıq sandığı, tökdük pambığı” məsəli xalqdan gəlir, bunu akademik sözlərlə də ifadə etmək olar. Amma xalqa təsir edən budur, yaxud cənab prezident deyir ki, öldü var, döndü yoxdur…
 
Bu da xalqın içindən gəlir. Ona görə cənab prezident öz xalqının dilində danışır”,-deyə Nəsirov fikrini yekunlaşdırıb.
 

Oxşar xəbərlər