Toyun ən fərqli tərzi...
29-11-2022, 18:31
6 695

Toyun ən fərqli tərzi...

Xalq artisti Aygün Kazımova növbəti dəfə stili ilə diqqət mərkəzində olub. Populyar sənətçi ötən gün baş tutan müğənni Xatun Əliyevanın oğlu Adilin toyunda səhnə alıb.
Məşhur sənətçi məclisdə buz mavisi “look”u ilə göz oxşayıb. Kazımova eyni rəng pencəklə qısa şort və topiki kombinasiya edib. O, görünüşünü parıltılı çəkmələri və zinət əşyaları ilə tamamlayıb. Pop ulduzun staylinqini stilist Ruxa hazırlayıb. 

Pop diva həm də uzun, fərqli düzümdə olan saçları ilə göz qamaşdırıb. Tədbirdə hitləri ilə çıxış edən estrada ulduzu OLAY-ın kameralarına tuş gəlib.


Oxşar xəbərlər