Sabah güclü qar yağacaq - HAVA PROQNOZU
30-11-2022, 12:40
1 307

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

Dekabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 7-9° isti olacaq. Bakıda gecə və gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq.
Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.

Oxşar xəbərlər