Ekologiya nazirliyini “ESE”MMC ilə başqa nələr bağlayır?
12-11-2020, 13:39
415

Ekologiya nazirliyini “ESE”MMC ilə başqa nələr bağlayır?

Eks nazır Hüseynqulu Bağırovun 2001-ci ildən təsis edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə nə az nə də çox,düz 17 illik rəhbərliyinə son qoyulması Azərbaycanda yaşıllıqlara qarşı olunan soyqırımın sonu oldu. Bununla bərabər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmış dövlət vəsaitlərinin taladılmasının qarşısı da hardasa alındı. Buna misal nazirliyin Mili Hidrometeorologiya Departamentinin rəsmiləri tərəfindən mənimsənilmiş dövlət vəsatinin məhkəmə çəkişməsi ola bilər.Bəs 2018 ci ilin aprel ayından bu nazirliyə rəhbər gətirilmiş Muxtar Babayev nəyi dəyişə bildi? Onu deyə bilərik ki, nazirlikdə köklü kadr dəyişiklıkləri baş verdi. Bir də nazirlik əməkdaşlarının tez-tez şadlıq evlərini ekologiyanı pozduğuna görə cərimələməsi ilə gündəmə gəldi və koronavirus pandemiyası ilə əlaqədar olaraq müvəqqəti sakitçilikdir.Paytaxtın mərkəzində tikinti şirkətləri tərəfindən çoxillik ağaclar gecələr müxtəlif üsullarla hələ də qırılmaqdadır.Bəzi ucqar rayonlarda meşələrin də qırılması halları ilə bağlı yazılar artıq dövrü mətbuata da ayaq açıb. Düzdü qırıldıqdan sonra nazirlik əməkdaşları şirkətləri cərimələyir. Amma yaşıllıq məhv edildikdən sonra cərimənin nə faydası.

Qeyd edək ki,Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyində rəhbərliyə başladığı gündən abadlıq işlərinə milyonlarla vəsait ayrılıb.Bunu nazirliyə tabeli qurumların elan etdiyi tenderlərdən də görmək mümkündür. Sözügedən nazirliyə tabeli Bioloji Müxtəlifliyin Qorunması Xidməti,Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi,Milli Hidrometeorologiya Departamenti,Meşələrin İnkişafı Xidməti kimi qurumların elan etdiyi tenderlərdə təmir işlərinə kifayət qədər yüksək məbləğdə dövlət vəsaitinin ayrıldığı görsənir.Lakin bu vəsaitlərin nə qədərinin təyinatı üzrə xərcləndiyi barədə indi fikir söyləmək çox çətin olar.Çünki bu tenderlərin keçirilməsində ciddi qanun pozuntularına yol verilir.Hər yerdə olduğu kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyndə də tenderlər özlərinə yaxın olan şəxslərin adına yaradılmış MMC-lərə verilir.

Aktualinfo.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumlar tərəfindən keçirilmiş bəzi tender prosedurları ətrafında araşdırmalar aparıb.Burada “ESE”Məhdud Məsuliyyətli Cəmiyyəti ilə nazirlik arasında bağlanmış satınalma müqavilələri daha çox diqqət çəkir.Belə ki,sözügedən MMC qısa bir vaxtda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumlar tərəfindən elan olunmuş 11 tenderin qalibi olub. Bu tenderlər hansılardır?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumlar tərəfindən 30.07.2019-cu il tarixdə cari təmir işləri üzrə 44891.42 manat,08.08.2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının həyətində abadlıq işləri üzrə 48298.23 manat,02.09.2019-cu il tarixdə Altıağac Milli Parkının Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasının əsaslı təmiri işləri üzrə 43943.9 manat, 20.09.2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının cari təmiri işlərinin satın alınması üzrə 244335.28 manat,21.10.2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin inzibati binasının cari təmiri işlərinin satın alınması üzrə 49812 manat, 28.10.2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin ərazisində yerləşən obyektlərin əsaslı təmiri işlərinin satın alınması üzrə 189567 manat, 12.11.2019-cu il tarixdə Milli Hidrometeorologiya Departamentinin inzibati binasının cari təmiri işləri üzrə 199332.44 manat,15.10.2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin inzibati binasının (A) təmiri, abadlaşdırma işlərinin satınalınması üzrə 294831.08 manat,04.11.2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin inzibati binasının (B) əsaslı təmiri işlərinin satın alınması üzrə 157624.49 manat,04.11.2020-ci il tarixdə Altıağac Milli Parkının inzibati binasının həyətyanı ərazisində abadlıq işləri üzrə 8474.04 manat,04.11.2020-ci il tarixdə Qızılağac Milli Parkının inzibati binasından xarici su xəttinin təmiri üzrə 11283.16 manat,22.10.2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin inzibati binasının 3-cü mərtəbəsinin cari təmiri işlərinin satın alınması üzrə 79865.65 manat məğində müqavilə bağlanılmışdır.

Bəs “ESE” MMC kimə məxsusdur? Qeyd edək ki, keçmiş Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçmiş “ESE”Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnamə kapitalı cəmi 20.00 manatdır. Reyestr məlumatlarında cəmiyyətin hüquqi ünvanı Binəqədi rayonu Cəfər Xəndan küçəsi, qanuni təmsilçisi isə Mehdizadə Hafiz Muqbil oğlu göstərilib.Burada qanuni təmsilçinin kim olması önəm daşımır.Əsas bu işlərin başında kimin durmasıdır.Qeyd edək ki,1993-cü ildə dövlət qeydiyyatına alınmış bir MMC göründüyü kimi uzun illərdən sonra böyük tenderlərin qalibi olur.Həm də ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elan etdiyi tenderlərin. İndiyə qədər heç bir dövlət qurumundan sifariş almadığı halda bu MMC-nin sözügedən nazirlikdən birdən-birə ümumi olaraq 1 372 258 manat məbləğində dövlət sifariş alması maraqlı deyilmi?

Qalibi olduğu tender prosedurlarından da göründüyü kimi “ESE”Məhdud Məsuliyyətli Cəmiyyəti ancaq cari təmir işləri aparır.Bu işlərin aparılmasında isə dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması qaçılmazdır.Bunu Mədəniyyət Nazirliyinin və Xarici İşlər Nazirliyinin artıq cəzalarını almış keçmiş işçilərinin əməllərinin timsalında da görmək mümkündür.Ekologiya nazirliyi ilə“ESE”Məhdud Məsuliyyətli Cəmiyyətini bu işbirliyindən başqa nə kimi tellər bir-birinə bağlayır?Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu işlərin başında kimlər dayanır?Təbii ki,bir nazir kimi Muxtar Babayev.Çünki “ESE”Məhdud Məsuliyyətli Cəmiyyətinin sözügedən nazirliklə işbirliyi məhz Muxtar Babayevin burada vəzifə başına keçdikdən sonra qurulduğunu göstərir.Bu bir təsadüfdürmü,yoxsa… Bunu ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyində daha yaxşı bilərlər.

Oxşar xəbərlər