Milli Məclisdə şəhidlərin xatirəsi yad edildi
13-11-2020, 11:19
174

Milli Məclisdə şəhidlərin xatirəsi yad edildi

Milli Məclis Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.
Bakıtv.az-ın verdiyi xəbərə görə, parlamentin iclası bir neçə dəqiqə öncə başlayıb.
Spiker Sahibə Qafarovanın təklifi ilə Milli Məclis üzvləri döyüş meydanında şəhid olanların və dinc şəhərlərdə həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad edib.
S. Qafarova bildirib ki, bu gün Azərbaycan bayrağı Şuşada, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəgilanda qürurla dalğalanır: "Tezliklə Kəlbəcərdə, Ağdamda, Laçında və digər torpaqlarımızda yüksələcəkdir".

Oxşar xəbərlər