Azərbaycanda 3 yaşlı uşaq anasının sırğasını uddu
20-12-2022, 15:14
736

Azərbaycanda 3 yaşlı uşaq anasının sırğasını uddu

Şəkidə üç yaşlı uşaq anasının sırğasını udub.
Qafqazinfo xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.
Şəhər sakini 2019-cu il təvəllüdlü Fərrux Fərruxlu yad cisim udması ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı 3 yaşlı uşağın anasına məxsus sırğanı udduğu məlum olub. F.Fərruxluya ilkin yardım göstərildikdən sonra yad cismin çıxarılması üçün Mingəçevir şəhər xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər