Pakistandan Azərbaycana düyü idxalı gömrük rüsumundan azad edildi
22-12-2022, 14:12
1 054

Pakistandan Azərbaycana düyü idxalı gömrük rüsumundan azad edildi

Bu gündən Pakistandan Azərbaycana idxal olunan düyü 15 faiz idxal gömrük rüsumundan azad edilib.
Bu, Nazirlər Kabinetinin qərarında əksini tapıb.
Qərara əsasən, Pakistan İslam Respublikasından həmin ölkə mənşəli düyü 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir.

Oxşar xəbərlər