Ermənistan Azərbaycana hansı sülh təklifləri verib? – Kontr DETALLAR
22-12-2022, 16:55
6 030

Ermənistan Azərbaycana hansı sülh təklifləri verib? – Kontr DETALLAR

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında Bakı İrəvanın təkliflərinə müsbət cavab verərsə, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının 2022-ci ilin sonuna qədər mümkün olduğunu bildirib. 

“Hər şey Azərbaycandan asılıdır. Ermənistan regionda sülhün bərqərar olması üçün səylərini davam etdirir. Rəsmi İrəvan artıq öz addımını atıb”.

Maraqlıdır, İrəvanın təklif etdiyi sülh təklifləri nədən ibarətdir?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, İrəvan Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi məsələsinin həllini status məsələsində görürlər:
 

“Hazırda iki sülh təklifi var. Onun birini Azərbaycan təklif edib, digərini isə KİV-də yayılan məlumatlara görə, Rusiya təklif edib. Azərbaycanın təklifi 5 baza prinsipinə söykənir. İrəvan bunun qarşılığında müəyyən əlavələrlə çıxış edib.

Onlar Bakının təkliflərini prinsip etibarı ilə qəbul edirlər. Ancaq Qarabağdakı ermənilərin hüquqları, təhlükəsizlik məsələsinə münasibətdə fərqli yanaşmaları var. Onlar Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyini qabardır, onun həllini isə status məsələsində görürlər.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, status məsələsi heç bir halda müzakirə predmeti ola bilməz. Bu məsələ artıq tarixin arxivinə atılıb. Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi isə Azərbaycanın daxili işidir. Heç kim ona müdaxilə edə bilməz.
Ölkəmizdə digər millətlərin nümayəndələri hansı hüquqlara malikdirsə, eyni hüquqlara Azərbaycanda yaşayan ermənilər də malik olacaqlar. İrəvanın həmin təklifi qəbuledilməzdir. Son proseslər də göstərir ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması daha çox ilyuziyaya bənzəyir”.

Oxşar xəbərlər